Bakı Apellyasiya Məhkəməsi Anar Əsədliyə verilən 4 il 6 aylıq cəzanı qüvvədə saxlayıb
Elpress.az xəbər verir ki, Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı hökmün dəyişdirilmədən saxlanılmasına qərar verib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi üzrə ittiham olunub. Anar Əsədli 2023-cü ilin aprelində həbs edilib. Daha sonra barəsində ev dustaqlığı tədbiri seçilsə də, iş üzrə ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında yenidən həbs olunub.Cinayət işi üzrə dörd şəxs zərərçəkmiş qismində tanınıb.



