Bakının Yasamal və Binəqədi rayonlarının bir sıra küçələrində oktyabrın 22-də elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, məhdudiyyətlər elektrik şəbəkəsində təmir, yoxlama və sınaq işləri ilə əlaqədardır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə və Zaur Kərimov küçələrində, eləcə də Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Binəqədi rayonunda isə saat 09:00-dan 14:00-dək 9-cu mikrorayonda Mir Cəlal küçəsinin, 6-cı mikrorayon ərazisində İbrahim Sədıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi hissələrində elektrik təchizatında qısamüddətli fasilələr gözlənilir.
Şirkət bildirib ki, işlər başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlığının artırılması nəzərdə tutulur.


