--:--:-- | 27 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Aysel Əlibəyli 10 İyun 2026 · 16:46 1148 baxış

İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər müasir dövrün tələblərinə uyğun hazırlanıb.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova məlumat verib.Onun sözlərinə görə, qanun layihəsi uşaqların psixoloji və fizioloji inkişafının zərər görməsinin qarşısını almağa, onların sağlam sosial-mədəni mühitə uyğunlaşmasını təmin etməyə xidmət edir.Aytən Məmmədova bildirib ki, layihənin əsas üstünlüklərindən biri yalnız məhdudiyyət və məsuliyyət mexanizmlərini deyil, eyni zamanda effektiv nəzarət və tənzimləmə vasitələrini də özündə birləşdirməsidir.Qeyd olunub ki, sənəddə provayderlərin istifadəçilərin yaşını müəyyənləşdirmək üçün tətbiq etməli olduqları təsdiqlənmiş üsullar qanunvericilik səviyyəsində konkret şəkildə müəyyən edilir. Bundan əlavə, yaş təsdiqi prosesinin davamlı monitorinqi və mütəmadi təhlili də nəzərdə tutulur.Məmmədovanın sözlərinə görə, sistem istifadəçi profillərini izləyəcək və yaş həddi ilə bağlı şübhə yarandıqda qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nəsimi rayonunda müvəqqəti qaz məhdudiyyəti

Next Article

Azər Türk Bank qlobal bankçılıq sammitinə qatıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zakir Fərəcov səyyar görüş təşkil edib.

Aysel Əlibəyli 05 İyun 2026 · 15:33 1213 baxış Zakir Fərəcov tərəfindən şəhər sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə təşkil olunan səyyar görüşlər davam etdirilir. Növbəti vətəndaş qəbulu Sumqayıtın 9-cu mikrorayonunda keçirilib və görüş bu […]

Əsədov Moskva ilə əlaqəni möhkəmləndirdi

Aysel Əlibəyli 26 May 2026 · 19:11 1214 baxış Azərbaycan Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefon söhbəti keçirib. Elpress.az Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, iki ölkənin hökumət başçıları Azərbaycan-Rusiya əməkdaşlığının […]

Kəmaləddin Heydərova yeni köməkçi təyin olunub

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 17:22 1090 baxış Polkovnik Nofel Əsədov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə gətirilib. Elpress.az xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Qeyd edək ki, Nofel Əsədov […]