2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri Azərbaycanın sonrakı siyasi və ictimai inkişafında mühüm mərhələ kimi təqdim olunur.
Elpress.az xəbər verir ki, həmin seçkilərdə İlham Əliyev prezident seçilib və ölkəyə rəhbərliyi dövründə dövlət siyasətinin əsas istiqamətləri, inkişaf prosesləri və Azərbaycanın əldə etdiyi nəticələr gündəmdə olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirilib. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər də bu dövrün əsas hadisələrindən biri kimi qeyd olunur.


