--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:15 1084 baxış

Şərqi Zəngəzurda dayanıqlı şəhər inkişafı üzrə layihəyə dair saziş qüvvəyə minəcək

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında imzalanmış Töhfə Sazişinin təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.Sənəd Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinin yaradılması, eləcə də dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırılmasını nəzərdə tutan layihənin icrasına aiddir.Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunacaq. Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlandığı barədə BMT-nin Məskunlaşma Proqramının Katibliyinə bildiriş göndərəcək.Qeyd edək ki, Töhfə Sazişi 15 iyul 2026-cı ildə Nyu-Yorkda imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib

Next Article

Qida təhlükəsizliyi üzrə Dövlət Proqramı təsdiqlənib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:42 1088 baxış Prezident Hərbi Dəniz Qüvvələrində istehsal olunan insansız dəniz vasitələrinin sınaqlarını izləyib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və […]

Prezident səfir vəzifələri ilə bağlı sərəncamlar imzaladı

Aysel Əlibəyli 08 Avqust 2026 · 08:50 1092 baxış Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycanın üç ölkədəki diplomatik nümayəndəliklərinə yeni səfirlər təyin olunub. Elpress.az xəbər verir ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada […]

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Aysel Əlibəyli 28 Oktyabr 2026 · 22:15 1040 baxış Azərbaycan Prezidenti İlham Əliyev İspaniyada baş verən ağır dəmir yolu qəzası ilə əlaqədar İspaniya hökumətinə və xalqına başsağlığı verib. Elpress.az xəbər verir ki, dövlət başçısı bu […]