--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 20:05 1018 baxış

İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Bakıda açılıb. Layihə PAŞA Holding və SOCAR-ın strateji tərəfdaşlığı əsasında həyata keçirilib.

Elpress.az xəbər verir ki, ADA Universitetində yerləşən mərkəz Elm və Təhsil Nazirliyi, eləcə də İqtisadiyyat Nazirliyinin institusional dəstəyi ilə fəaliyyət göstərəcək.

Təşəbbüsün əsas məqsədi insan kapitalının inkişafına, biznes və akademik mühit arasında əməkdaşlığın genişləndirilməsinə, innovativ ideyaların tətbiqinə və sahibkarlıq ekosisteminin gücləndirilməsinə töhfə verməkdir. Mərkəzin gələcəkdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq imkanlarını da genişləndirməsi nəzərdə tutulur.

Fəaliyyət üç istiqaməti əhatə edəcək. Təhsil və inkişaf çərçivəsində bakalavr, magistr, rəhbər şəxslər üçün ixtisaslaşmış təhsil və korporativ təlim proqramları təqdim olunacaq. Bu istiqamətin əsas layihələrindən biri “Azerbaijan Global MBA” (AZEMBA) proqramıdır.

Tədqiqat və innovasiya sahəsində sahibkarlıq, rəqəmsal transformasiya və regional rəqabət qabiliyyəti üzrə araşdırmalar aparılacaq. Digər istiqamət isə startapların, investorların və institusional tərəfdaşların beynəlxalq innovasiya şəbəkəsi ilə əlaqələndirilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi olacaq.

SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva açılış mərasimində bildirib ki, mərkəzin əsas prioriteti insanlara, onların bilik və bacarıqlarının inkişafına investisiya qoyulmasıdır. Onun sözlərinə görə, dayanıqlı inkişafın əsasını ideyaları reallaşdıran və dəyişikliklərə istiqamət verən insan kapitalı təşkil edir.

PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov isə mərkəzin Azərbaycanın biznes mühitinin beynəlxalq təhsil və innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcəyini, yerli istedadların potensialının inkişafına yeni imkanlar yaradacağını vurğulayıb.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli beynəlxalq bilik və təcrübənin ölkəyə cəlb olunmasının, təhsil-biznes əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Mərasim çərçivəsində İqtisadiyyat Nazirliyi ilə IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi də imzalanıb. Sənəd iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi üzrə birgə tədqiqat və təhlillərin aparılmasını nəzərdə tutur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev və FIFA prezidenti İspaniya yığmasına kubok təqdim etdi

Next Article

Şiddətli töhmət alan baş həkimə xəstəxananın rəhbərliyi həvalə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yüksək təzyiqi olanlara hansı pendir uyğundur?

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:55 1084 baxış İsveçrə pendiri aşağı natrium tərkibinə görə faydalı seçim hesab olunur Elpress.az xəbər verir ki, İsveçrə pendiri aşağı duz tərkibi və zəngin qida dəyəri ilə yüksək arterial […]

2027-ci il qəbul imtahanlarının proqramları açıqlanıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:33 1118 baxış DİM ikinci mərhələ üçün proqramları Azərbaycan və rus dillərində təqdim edib Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci […]