--:--:-- | 06 Sentyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:42 1016 baxış

Prezident Hərbi Dəniz Qüvvələrində istehsal olunan insansız dəniz vasitələrinin sınaqlarını izləyib

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.Səfər zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısına raport verib. Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrinin qərargahı qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.Dövlət başçısına Hərbi Dəniz Qüvvələrinin istehsalat sahəsində hazırlanan yeni insansız dəniz vasitələri barədə məlumat təqdim olunub. SALVO silahlı insansız dəniz vasitələri və KAYRA kamikadze tipli insansız dəniz vasitələrinin təyinatı, eləcə də onların taktiki-texniki göstəriciləri barədə təqdimat keçirilib.Prezident və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olub, daha sonra hazırlanan insansız dəniz vasitələrinin praktiki sınaqlarını izləyiblər.Səfərin sonunda İlham Əliyevin sədrliyi ilə hərbi quruculuq məsələlərinin müzakirə olunduğu operativ müşavirə keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanda zəncirvari qəza: 2 nəfər xəsarət alıb

Next Article

Zelenski Uitkoff və Kuşnerlə Kiyevdə görüşür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azov dənizində həlak olan azərbaycanlıların nəşləri ölkəyə gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 21:37 1106 baxış Azov dənizində həyatını itirən həmvətənlərimizin cənazələri Azərbaycana qaytarılıb. Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumu nəticəsində həyatını itirən 4 azərbaycanlı vətəndaşın nəşləri […]

NK məcburi köçkünlərlə bağlı qaydanı təsdiqləyəcək

Aysel Əlibəyli 23 İyul 2026 · 13:42 1046 baxış Nazirlər Kabineti azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlərə veriləcək yaşayış sahələrinin mülkiyyətə verilməsi qaydasını dörd ay ərzində təsdiqləyəcək. Elpress.az xəbər verir ki, Prezidentin fərmanına əsasən, Nazirlər […]