“AzerGold” QSC-də rəhbər vəzifələrdən biri üzrə kadr dəyişikliyi baş verib.
Elpress.az xəbər verir ki, Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinin müdiri Şamil Ömərov vəzifəsindən azad olunub. Bununla bağlı qərarı qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov imzaladığı əmrlə rəsmiləşdirib.
Şamil Ömərov 2016-cı ildən “AzerGold” QSC-də çalışıb. O, 2025-ci ilin may ayında sözügedən şöbənin müdiri vəzifəsinə təyin edilmişdi.


