Gürcüstanın Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədovla Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş baş tutub.
Elpress.az xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunur.
Görüşdən sonra Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın XI iclasının keçirilməsi nəzərdə tutulub.


