Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub. O, iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri olacaq.
Elpress.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Qeyd edək ki, Vüqar Əhmədov 2026-cı il avqustun 28-də öz ərizəsi ilə Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb. O, 2009-cu ildən AMB-də çalışıb, müxtəlif illərdə Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub.
Əhmədov 2013–2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru, 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək isə Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.


