--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edildi

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 14:20 1020 baxış

Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) müvəqqəti rəhbərlik İradə Süleymanovaya həvalə olunub.

Elpress.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.

İradə Süleymanova akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektorudur. Qurumdan məlumatı təsdiqləyərək ADDA-nın fəaliyyətinə müvəqqəti rəhbərliyin onun tərəfindən həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, Süleymanova 2014–2024-cü illərdə Bakı Dövlət Universitetinin SABAH Mərkəzinə rəhbərlik edib, 2024–2026-cı illərdə isə Qarabağ Universitetində Tələbələrlə İş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Akademiyanın əvvəlki rektor əvəzi, elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov isə ADDA-nın müşaviri təyin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İmişlidə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 1146 baxış Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib. Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət […]

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1068 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]

Təhsil haqqını ödəyə bilməyənlərin sayı 43% artdı

Aysel Əlibəyli 05 Avqust 2026 · 13:56 1090 baxış Tələbələr arasında xaric olunma göstəricisi yüksəlib: Son 4 ildə təhsil haqqını ödəyə bilməyənlərin sayı 43 faiz artıb Elpress.az xəbər verir ki, 2025-ci ildə ümumilikdə 12 969 […]

Eldar Əzizovdan yeni təyinat

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 18:24 1042 baxış Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə yeni rəhbər təyin edilib. Elpress.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin […]