Ombudsman vəzifəsi uğrunda mübarizə aparacaq namizədlərin adları açıqlanıb. Hazırkı İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva ilə yanaşı, iki hüquqşünasın da namizədliyi irəli sürülüb.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 22-də Səbinə Əliyevanın, Ceyhun Qaracayevin və Elşanə Vəliyevanın namizədliklərini Milli Məclisə təqdim edib. Hər üç namizəd oktyabrın 30-da parlamentin İnsan hüquqları komitəsində dinlənilib və plenar iclasa tövsiyə olunub.
Namizədlər:
Səbinə Yaşar qızı Əliyeva – hazırkı Ombudsman;
Ceyhun Yasinəli oğlu Qaracayev – hüquq elmləri doktoru, professor, Konstitusiya Məhkəməsinin keçmiş hakimi;
Elşanə Rafiq qızı Vəliyeva – Ali Məhkəmənin hakimi.


