--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Maliyyə Nazirliyində yeni kadr təyinatı

Aysel Əlibəyli 30 Oktyabr 2026 · 20:55 1014 baxış

Sadiq Əliyev maliyyə nazirinin müavini vəzifəsinə gətirilib.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 30-da bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.

1984-cü ildə anadan olan Sadiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb. 2006–2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.

2019–2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinə rəhbərlik edib. 2024-cü ilin mayından 2026-cı ilin yanvarınadək Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub.

2026-cı il yanvarın 8-də Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin edilən Sadiq Əliyev yeni vəzifəyə qədər bu quruma rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şiddətli töhmət alan baş həkimə xəstəxananın rəhbərliyi həvalə edildi

Next Article

Bakı-Xırdalan qatarında texniki problem: sərnişinlərin halı pisləşdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fatih Birol: Neft qiymətlərində eniş ehtimalı artır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:50 1154 baxış Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İran–ABŞ sülh prosesi və qlobal enerji bazarındakı vəziyyətlə bağlı neft qiymətlərinin gələcək dinamikasına dair açıqlama verib. Beynəlxalq Enerji Agentliyinin […]

Pul baratları üzrə müsbət saldo 751 milyon dollar olub

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:02 1098 baxış Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 faiz artıb Elpress.az xəbər verir ki, Azərbaycana daxil olan və ölkədən göndərilən pul baratları arasında müsbət fərq […]

Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 13:57 1074 baxış Ceyhun Bayramov: Azərbaycan regional layihə üzrə işləri sürətlə davam etdirir Elpress.az xəbər verir ki, Naxçıvanda dəmir yolu infrastrukturunun bərpası istiqamətində işlərə başlanılıb.Xarici işlər naziri Ceyhun Bayramov […]