Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatının qalibi İspaniya yığması olub.
Elpress.az xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və FIFA prezidenti Canni İnfantino iştirak ediblər. Onlar turnirin qalibi olan İspaniya millisinin futbolçularına kuboku təqdim ediblər.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı ilk dəfə Azərbaycanda keçirilib. Yarış oktyabrın 30-da başa çatıb.


