--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Sabah” Dortmund qarşısında sona qədər mübarizə apardı

Aysel Əlibəyli 20 Oktyabr 2026 · 23:11 1012 baxış

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Sabah” doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Elpress.az xəbər verir ki, qarşılaşmada hesabı 10-cu dəqiqədə Seru Qirassi açıb. Azərbaycan təmsilçisi ilk hissədə oyuna qayıtmağı bacarıb və 39-cu dəqiqədə Eyden Makkartinin qolu ilə tarazlığı bərpa edib. Beləliklə, komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

İkinci hissənin 53-cü dəqiqəsində Qirassi yenidən fərqlənərək Almaniya klubunu hesabda önə keçirib. Görüşün qalan dəqiqələrində “Sabah” hesabı bərabərləşdirmək üçün mübarizə aparsa da, meydan sahibləri ikinci qolu vurmağa nail olmayıblar.

Beləliklə, Dortmund təmsilçisi Bakıdan üç xalla ayrılıb. Qirassi isə matçda vurduğu iki qolla komandasının qələbəsində əsas pay sahibi olub.

Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” Çempionlar Liqasının növbəti oyununu noyabrın 4-də səfərdə Norveçin “Viking” klubuna qarşı keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hökməli–Qobu–Güzdək yolunda hərəkət dayandırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qarabağ” Pakistanlı gənc futbolçunu heyətinə qatdı

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:32 1086 baxış “Qarabağ” Futbol Klubu heyətini yeni transferlə gücləndirib. Elpress.az xəbər verir ki, Pakistanın “Popo” klubunun U-17 milli komandasının kapitanı Əbdül Səməd Ağdam təmsilçisinə transfer olunub.Hücumameyilli gənc futbolçu […]

Mərakeş millisi Fransa oyununa ciddi itki ilə çıxacaq

Aysel Əlibəyli 09 İyul 2026 · 15:19 1116 baxış Ismael Saibari zədə səbəbindən Mərakeş millisinin Fransa ilə keçirəcəyi dünya çempionatının 1/4 final oyununda iştirak etməyəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Mərakeş millisi DÇ-2026-nın 1/4 […]

“Sumqayıt”dan mövsümə inamlı start – NTD məğlub edildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 21:01 1076 baxış Azərbaycan Basketbol Liqasında yeni mövsümün ilk turunun növbəti qarşılaşması baş tutub. Elpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunda “Sumqayıt” və NTD komandaları üz-üzə gəlib. […]

Fərid Qayıbov: Çimərlik polosu yarışı uğurla təşkil olundu

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:31 1090 baxış Nazir bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq turnirdə milli komandamız qalib gəlib Elpress.az xəbər verir ki, Bakıda ilk dəfə keçirilən çimərlik polosu üzrə beynəlxalq turnir […]