--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqlədi

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 17:30 1040 baxış

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin hüquqi əsaslarını müəyyən edən müqavilə təsdiqlənib. Sənəd iki ölkə arasında siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Müqavilə 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanıb. Milli Məclis sənədin təsdiq edilməsinə oktyabrın 13-də keçirilən plenar iclasda baxaraq qanun layihəsini qəbul edib.

Sənəd tərəflərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında ikitərəfli əlaqələrin yeni mərhələyə yüksəldilməsini hədəfləyir.

Müqavilədə təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı, beynəlxalq təhdidlərə qarşı birgə fəaliyyət, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsi ilə bağlı müddəalar yer alır. Energetika, bərpaolunan enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi də sənədin əsas istiqamətlərindəndir.
Müqaviləyə əsasən, sənəd tərəflərin ratifikasiya prosedurlarının tamamlanması barədə son yazılı bildirişin diplomatik kanallarla alınmasından sonra qüvvəyə minəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda üç metro stansiyası ətrafındakı sıxlığı azaltmalı olan yolun 62,8 faizi tamamlanıb

Next Article

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1132 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

Sami Yusif Qarabağa həsr etdiyi yeni əsərini təqdim edib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 21:31 1082 baxış Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusif beş illik fasilədən sonra Qarabağa həsr olunan “Qarabağımsan” (“Bülbül diyarı”) layihəsini dinləyicilərə təqdim edib. Elpress.az xəbər verir ki, sənətçi […]

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:18 1072 baxış Kamran Əliyev Şamaxı, Qobustan, Ağsu və İsmayıllı sakinlərinin müraciətlərini dinləyib Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu […]

İlham Əliyev: Mərkəzi Asiya ilə əlaqələr prioritetdir

Aysel Əlibəyli 31 İyul 2026 · 12:41 1090 baxış Prezident: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdəndir Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm […]