--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Birinci xanımlar Bişkekdə Qırğızıstanın mədəni irsi ilə tanış olublar

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 18:27 1072 baxış

Elpress.az xəbər verir ki, sentyabrın 1-də Bişkekdə müxtəlif ölkələrin birinci xanımlarının iştirakı ilə mədəni proqram təşkil olunub.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Qırğızıstanın birinci xanımı Aigul Japarova, Türkiyənin birinci xanımı Emine Ərdoğan, Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva və Çinin birinci xanımı Penq Liyuan “Ala-Arça” Dövlət İqamətgahında bir araya gəliblər.
Tədbir çərçivəsində qonaqlara Qırğızıstanın dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi təqdim edilib. Sərgidə milli sənətkarlıq nümunələri, keçə məmulatları, ənənəvi məişət əşyaları və xalq ustalarının hazırladığı müxtəlif əl işləri nümayiş etdirilib.
Mədəni proqram zamanı qonaqlar Qırğızıstan xalqının qədim sənət ənənələri və zəngin milli irsi ilə yaxından tanış olublar.
Proqramın davamında musiqi və rəqs kompozisiyalarından ibarət konsert təqdim edilib. Uşaq və gənclərdən ibarət yaradıcı kollektivlərin çıxışları tədbirə xüsusi rəng qatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və NATO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Next Article

ABŞ İranın Hörmüz boğazına göndərdiyi hərbi texnikanı hədəfə alıb – “Al Hadath”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elektron siqaretlər mülki dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:15 1085 baxış Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunla elektron siqaretlərin mülki dövriyyəsi tam qadağan edildi Elpress.az xəbər verir ki, Azərbaycanda elektron siqaretlər və onların hissələri mülki dövriyyədə olmasına […]

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Aysel Əlibəyli 26 Avqust 2026 · 20:40 1122 baxış Elpress.az xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı olub. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu […]

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıla bilər

Aysel Əlibəyli 23 İyul 2026 · 12:59 1136 baxış Bakı Qızlar Universiteti akkreditasiyadan keçməyib Elpress.az xəbər verir ki, Bakı Qızlar Universiteti dövlət akkreditasiyasından keçə bilməyib. İlkin məlumata görə, bu səbəbdən ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması […]

FHN sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:51 1080 baxış Nazirlik xüsusi təyinatlı avtomobillərin hərəkətinə mane olmamağa çağırıb Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi şəhər yollarında yaranan sıxlıqla əlaqədar avtomobil sürücülərinə müraciət edib.Nazirlikdən bildirilib ki, […]