--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanlı çobanın Ermənistanda saxlanıldığı bildirilir

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 12:56 1018 baxış

Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçərək qonşu ölkənin ərazisinə daxil olduğu iddia edilir. Ermənistan mediasının yaydığı məlumata görə, həmin şəxsin Tavuş vilayətində saxlanıldığı bildirilir.

Elpress.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Berd şəhərindəki mənbələrə istinadla məlumat yayıb.

Yerli sakinlərin sözlərinə görə, çoban Çinari kəndi istiqamətində sərhədi keçib. İlkin məlumatlarda onun Berd şəhərindəki hərbi polis bölməsinə aparıldığı qeyd olunur.

Ermənistanın Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Milli Təhlükəsizlik Xidməti də ilkin mərhələdə məlumatın onlarda olmadığını bildirib və məsələnin dəqiqləşdirilməsi üçün yazılı sorğu tələb edib.

Hadisənin hansı şəraitdə baş verdiyi, şəxsin sərhədi hansı səbəbdən keçdiyi və hazırkı hüquqi statusu barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ramiz Əzizbəylinin kürəkəni barəsində həbs qərarı verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Trampın bəyanatları ziddiyyətlidir

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 20:28 1072 baxış İran Prezidenti ABŞ liderinin fərqli açıqlamalarından sonra Tehran üçün hansı mövqeyin əsas götürüləcəyinin çətin olduğunu bildirib Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti […]

Bill Qeyts 2027-ci ildə kiberhücumların artacağı barədə xəbərdarlıq edib

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 06:06 1076 baxış Süni intellekt texnologiyalarının inkişafı kibercinayətkarların imkanlarını genişləndirə və yeni təhlükəsizlik problemləri yarada bilər. “Microsoft”un qurucusu Bill Qeyts yaxın illərdə bu sahədə ciddi risklərin meydana çıxacağını düşünür. […]

Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:32 1068 baxış Türkiyə XİN rəhbəri yeni müdafiə təşəbbüsünün NATO öhdəliklərinə təsir etmədiyini bildirib Elpress.az xəbər verir ki, Məkkə Sazişini imzalayan ölkələr yeni müdafiə təşəbbüsünün adını Məkkə Müdafiə İttifaqı […]