--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Xaliq İbrahimov polkovnikə bərabər hərbi rütbə aldı

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 11:34 1032 baxış

Vətən Müharibəsi Qəhrəmanı Xaliq İbrahimov Azərbaycan Hərbi Dəniz Qüvvələrində növbəti hərbi rütbəyə yüksəlib. O, bundan sonra 1-ci dərəcəli kapitan rütbəsi daşıyacaq.

Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.

1-ci dərəcəli kapitan rütbəsi digər qoşun növlərindəki polkovnik rütbəsinə bərabər hesab olunur. Hərbi Dəniz Qüvvələrində bu pillədən sonrakı ali rütbə kontr-admiraldır.

Xaliq İbrahimov 2020-ci ildə Vətən müharibəsi zamanı Sualtı Hücum Xüsusi Təyinatlı (SAT) dəstəsinin zabiti kimi xidmət edib. Döyüşlərdə Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlının azad olunması əməliyyatlarında, eləcə də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun azad edilməsində iştirak edib. Göstərdiyi xidmətlərə görə ona Prezidentin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Hərbçi, həmçinin Cəbrayıl, Xocavənd, Füzuli və Qubadlının azad olunmasına görə medallarla təltif edilib

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lerikdə qanunsuz dəfinə axtarışı ölümlə nəticələnib

Next Article

Ramiz Əzizbəylinin kürəkəni barəsində həbs qərarı verildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 1108 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]