--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

Aysel Əlibəyli 21 Oktyabr 2026 · 17:38 1012 baxış

Azərbaycanda arxeoloji irsin qorunması və tarixi ərazilərin mühafizəsi istiqamətində yeni addım atılıb. Prezident İlham Əliyev “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması ilə bağlı sərəncam imzalayıb.

Elpress.az xəbər verir ki, sərəncama əsasən, qoruğun fəaliyyətinin təşkili və ərazisinin mühafizəsi ilə bağlı bir sıra tədbirlər həyata keçiriləcək.

Nazirlər Kabinetinə üç ay müddətində qoruğun əsasnaməsini təsdiqləmək, onun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək tapşırılıb. Həmçinin ərazidə tətbiq olunacaq xüsusi rejimin müəyyən edilməsi, qoruğun maddi-texniki təminatının təşkili və sərəncamdan irəli gələn digər məsələlərin həlli nəzərdə tutulur.

Mədəniyyət Nazirliyi isə yeni dövlət qoruğunun idarə olunmasını təmin etməli və onun fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görməlidir.

Qoruğun saxlanılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı xərclər dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulan vəsait hesabına maliyyələşdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqlədi

Next Article

İlham Əliyev Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə bağlı sazişi təsdiqlədi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Hacı Ağaevlidən Nəsiminin şərəfinə yeni şeir

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 22:17 1400 baxış Elpress.az xəbər verir ki, şair Əli Hacı Ağaevli böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə yeni poetik əsər təqdim edib. “Uca, Nəsiminin şərəfinə” adlanan şeirdə Nəsimi yaradıcılığının […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1202 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]