--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 21:41 1130 baxış

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da bir sıra beynəlxalq təşkilatların rəhbər şəxslərini və nümayəndələrini qəbul edib.

Elpress.az xəbər verir ki, Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) prezidenti Giles Tompson, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, həmçinin Eqmont Qrupunun rəhbər şəxsləri və digər beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.Söhbət zamanı Azərbaycanın Eqmont Qrupunun illik plenar sessiyasına ev sahibliyi etməsinin önəmi vurğulanıb, tədbirin yüksək səviyyədə təşkil olunduğu və müzakirələrin məhsuldar keçdiyi qeyd edilib. Tərəflər bu kimi beynəlxalq platformaların əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildiriblər.Görüşdə Azərbaycan ilə nümayəndə heyətində təmsil olunan beynəlxalq qurumlar arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.Bununla yanaşı, ölkədə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl islahatlar, bu istiqamətdə əldə olunan nəticələr və beynəlxalq standartların tətbiqi məsələləri də müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Rusiyanın neft obyektləri və 18 gəmisini vurduğunu açıqladı

Next Article

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Aysel Əlibəyli 23 Avqust 2026 · 15:39 1064 baxış Azərbaycan Prezidenti “Kuksaroy” Dövlət İqamətgahında Özbəkistanda rəsmi qarşılanıb Elpress.az xəbər verir ki, Avqustun 23-də Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi təşkil olunub.Mərasim […]

Tramp İrana hücum ehtimalını açıq saxladı

Aysel Əlibəyli 27 May 2026 · 21:20 1128 baxış ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyini açıq şəkildə istisna etməyib. ELPRESS.az apa-a istinadən verdiyi məlumata görə, Tramp bu fikirlərini Ağ Evdə […]

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:15 1052 baxış Şərqi Zəngəzurda dayanıqlı şəhər inkişafı üzrə layihəyə dair saziş qüvvəyə minəcək Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı […]