--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1084 baxış

Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib.

Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır əməllərdə təqsirli bilinərək məhkum olunmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.İclas Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən şəxslər məhkəmədə erməni və rus dillərində tərcüməçi, eləcə də müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin ediliblər. Məhkəmə prosesində zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorlar da iştirak ediblər.Məhkəmə zamanı Arkadi Qukasyan əvvəlki iclasda başladığı çıxışını davam etdirərək özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini bildirib. Daha sonra Vasili Beqlaryanın vəkilləri onun barəsində bəraət hökmü çıxarılmasını və Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğv edilməsini xahiş ediblər. Vasili Beqlaryan da çıxışında ittihamları qəbul etmədiyini deyib.Bako Sahakyanın müdafiəçiləri də çıxış edərək məhkəmədən hökmün ləğvini və müdafiə etdikləri şəxsə bəraət verilməsini istəyiblər. Bako Sahakyan isə məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini bildirib.Növbəti məhkəmə iclasının iyulun 14-də keçirilməsi qərara alınıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib, digər təqsirləndirilən şəxslər isə müxtəlif müddətlərə həbs cəzalarına məhkum olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Next Article

Çempionlar Gecəsində Azərbaycan boksçusundan qələbə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bibər yükündən 25 kq marixuana çıxdı

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:35 1066 baxış İrandan Rusiyaya göndərilən yükdə narkotik gizlədildiyi aşkarlanıb Elpress.az xəbər verir ki, Astara gömrük postunda İrandan Rusiyaya daşınan yük maşınında külli miqdarda narkotik vasitə aşkarlanıb.Azərbaycan ərazisindən tranzit […]

Lazada sürüşmə: Qusar hadisə ilə sarsıldı

Aysel Əlibəyli 11 İyun 2026 · 18:28 1160 baxış Qusarda sürüşmə: xəsarət yoxdurQusarda baş verən sürüşmə nəticəsində xəsarət alan olmayıb. Qusarda zəif sürüşmə qeydə alınıb: ziyan yoxdurQusarda 1 maqnitudalı sürüşmə yerli vaxtla saat 14:38-də, 1 […]

Xırdalanda avtobus palçığa batdı – hərəkət çətinləşdi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 11:00 1066 baxış Xırdalan şəhərində yağışdan sonra yaranan palçıq 135 nömrəli marşrut avtobusunun hərəkətinə mane olub. Elpress.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür […]

Skuterdən telefon oğurlayan şəxs saxlanıldı

Aysel Əlibəyli 29 İyun 2026 · 18:53 1110 baxış Yasamalda oğurluq hadisəsi: skuterdəki telefonu götürən şübhəli saxlanılıb Bakının Yasamal rayonunda baş verən oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.Rayon ərazisində bir vətəndaşa məxsus […]