--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Səbail rayonunda əməyin mühafizəsinə həsr olunmuş təlim keçirilib

Aysel Əlibəyli 15 İyun 2026 · 17:55 1148 baxış

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində Səbail rayonu üzrə tibb müəssisələrində çalışan əməyin mühafizəsindən məsul şəxslər üçün maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təşkili, peşə risklərinin qiymətləndirilməsi və fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib.Bununla yanaşı, ilkin tibbi yardımın göstərilməsi prinsipləri, yanğın təhlükəsizliyi qaydaları, yanğın risklərinin qarşısının alınması üsulları, yanğınsöndürmə vasitələrindən istifadə və təxliyə prosedurları iştirakçıların diqqətinə çatdırılıb.Təlim çərçivəsində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər də keçirilib və iştirakçıların sualları cavablandırılıb. Tədbirin əsas məqsədi tibb müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik mədəniyyətinin daha da gücləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə liderindən Azərbaycana Milli Qurtuluş Günü təbriki

Next Article

ABŞ-İran sazişi: Regionda sülhün başlanğıcı?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1096 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1080 baxış İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında […]

Hakan Fidan Azərbaycana səfər edəcək

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 14:30 1144 baxış Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək beynəlxalq sammitdə iştirak etmək üçün Azərbaycana gələcək. Elpress.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi […]