--:--:-- | 21 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Litva XİN rəhbərləri Aİ sədrliyini müzakirə edib

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:47 1074 baxış

Ceyhun Bayramov və Kestutis Budris Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivlərini nəzərdən keçiriblər

Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Litvanın xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı baş tutub.Söhbət zamanı Azərbaycan-Litva münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.Nazirlər çoxtərəfli platformalarda tərəfdaşlığın inkişaf etdirilməsinin də əhəmiyyətini qeyd ediblər.Kestutis Budris Litvanın 2027-ci ilin ilk yarısında Avropa İttifaqı Şurasına sədrliyə hazırlığı barədə məlumat verib. Danışıq zamanı Litvanın sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.Telefon danışığında regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. Tərəflər Cənubi Qafqazdakı vəziyyəti, regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işləri, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələləri müzakirə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Putin: Doğum səviyyəsi Rusiyanın əsas problemlərindən biridir

Next Article

Rusiya xarici aviaşirkətlərə Zelenskinin təhdidləri ilə bağlı izahat verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qarabağın bərpası ilə bağlı mesaj verib

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 21:37 1066 baxış Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışı davam edir. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev […]