--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycanın Latviyadakı yeni səfiri etimadnaməsini təqdim edib

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 16:17 1058 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Nərminə Mustafayeva etimadnaməsini bu ölkənin Prezidenti Edqars Rinkeviçsə təqdim edib.
Mərasim Riqada baş tutub. Bununla da Nərminə Mustafayevanın Latviyadakı diplomatik fəaliyyətinə rəsmi olaraq start verilib.
Qeyd edək ki, diplomat daha əvvəl etimadnaməsinin surətini Latviyanın Xarici İşlər Nazirliyinin Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim etmişdi.
Nərminə Mustafayeva Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Azərbaycanın Latviyadakı səfiri təyin olunub.
O, 2020-2026-cı illərdə Azərbaycanın İstanbul şəhərində baş konsulu vəzifəsində çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tələbələr üçün süni intellekt təlimi keçirilib

Next Article

Azad edilmiş ərazilərdə yeni xəstəxanalar layihələndirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran səfiri: Azərbaycanla münasibətlərin inkişafı vacibdir

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 20:57 1066 baxış İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin və münasibətlərə mənfi təsir göstərə biləcək halların qarşısının alınmasının vacibliyini vurğulayıb. Elpress.az xəbər verir ki, diplomat […]

Media və Yayım Şurası Azərbaycanla bağlı iddialara münasibət bildirib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:38 1072 baxış Almaniyanın keçmiş kəşfiyyat rəhbəri August Hanninglə bağlı araşdırma çərçivəsində Azərbaycanın adının hallandırılması rəsmi Bakıda narazılıq doğurub. Azərbaycan Media və Yayım Şurası yayılan məlumatları əsassız və dezinformasiya […]