--:--:-- | 22 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan nümayəndə heyəti İstanbul sammitində – COP31 GÜNDƏMİ

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 09:05 1056 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti Türkiyənin COP31 sədrliyi çərçivəsində İstanbulda keçirilən İqlim Maliyyəsi Sammitində iştirak edib.

Azərbaycanı tədbirdə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil ediblər.Sammitdə iqlim maliyyələşməsi, dayanıqlı şəhərlərin inkişafı, COP31-ə hazırlıq və iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı məsələlər müzakirə olunub. Tədbirə dövlət qurumları, beynəlxalq maliyyə institutları, inkişaf bankları, investorlar və özəl sektorun nümayəndələri qatılıb.Yalçın Rəfiyev “İqlimə davamlı şəhərlərin iqlim maliyyəsi” mövzusunda dəyirmi masa müzakirəsində moderator kimi çıxış edib. O, COP29 çərçivəsində Bakı Maliyyə Hədəfi üzrə əldə olunan razılaşmanın əhəmiyyətini vurğulayıb.Nazir müavini həmçinin Bakı Davamlılıq Koalisiyası və dayanıqlı şəhərlərlə bağlı təşəbbüslərdən danışıb, qarşıdakı Bakı İqlim Fəaliyyəti Həftəsinin bu istiqamətdə mühüm rol oynayacağını bildirib.Muxtar Babayev və Yalçın Rəfiyev COP31 sədrliyi çərçivəsində keçirilən yüksək səviyyəli sessiyada da çıxış edərək COP29-un iqlim maliyyələşməsi sahəsində əldə etdiyi nəticələri diqqətə çatdırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MİDA-dan 12 min ailəyə MÜJDƏ

Next Article

Bakı böyük iqlim tədbirlərinə ev sahibliyi edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Emin Əmrullayev Yardımlıda vətəndaşları qəbul edəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:59 1096 baxış Elm və təhsil naziri sentyabrın 18-də Yardımlıda üç rayonun sakinləri ilə görüşəcək Elpress.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 18-də Yardımlı şəhərində […]

Prezident sabiq deputat barədə sərəncam imzaladı

Aysel Əlibəyli 26 May 2026 · 18:59 1196 baxış Prezident İlham Əliyev Milli Məclisin sabiq deputatı Rauf Asif oğlu Əliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. ELPRESS.az FED.az-a istinadən verdiyi məlumata görə, […]

Şanlıurfada Azərbaycan Bulvarı açıldı

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:03 1078 baxış Türkiyənin Şanlıurfa şəhərində 2,5 kilometr uzunluğunda “Azərbaycan Bulvarı” istifadəyə verilib. Yeni yol layihəsi şəhərdə nəqliyyatın hərəkətinin rahatlaşdırılmasına xidmət edəcək. Elpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti […]