Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən məktəbdə bir neçə şagirdin rotavirusa yoluxduğu bildirilir.
Elpress.az xəbər verir ki, söhbət qəsəbədəki 2 nömrəli tam orta ümumtəhsil məktəbindən gedir.
Məsələ ilə bağlı TƏBİB-dən məlumat verilib. Yoluxma hallarının sayı, şagirdlərin sağlamlıq vəziyyəti və məktəbdə görülən tədbirlər barədə əlavə məlumat təqdim olunan açıqlamada əksini tapmayıb.


