--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda “ENQRAM” sərgisi açıldı

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 23:17 1016 baxış

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində ölkənin təsviri sənət tarixini əhatə edən “ENQRAM” sərgisi ziyarətçilərə təqdim olunub.

Elpress.az xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən sərgidə 1950-ci illərdən bu günədək Azərbaycan incəsənətinin müxtəlif mərhələlərini əks etdirən əsərlər nümayiş olunur.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edərək sərgi ilə tanış olublar.

Aida Mahmudova və Fərəh Ələkbərlinin kuratorluğu ilə ərsəyə gələn layihə Azərbaycan mədəniyyətinin inkişafına təsir göstərmiş bədii dəyişiklikləri və təsviri sənətdə müxtəlif dövrlərin izlərini bir araya gətirir.

Şəxsi kolleksiyalardan seçilmiş əsərlər vasitəsilə sərgi ölkənin incəsənət tarixinin keçmişlə müasir dövr arasında əlaqəsini təqdim edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda yeni ombudsmanla bağlı qərar veriləcək

Next Article

Ceyranbatanda məktəblilər arasında rotavirus aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Qırğızıstan Prezidentini təbrik edib

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:26 1084 baxış Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib. Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Sadır Japarova […]

Mətbuat Şurasının IX qurultayında səsvermə keçirilib

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 12:10 1166 baxış Bakıda Azərbaycan Mətbuat Şurasının IX qurultayı keçirilib. Toplantıda qurumun yeni İdarə Heyətinin formalaşdırılması üçün səsvermə baş tutub. Elpress.az xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət […]

Bakıda beynəlxalq rəqs konfransı keçirildi

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 20:40 1022 baxış Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan, Rusiya və Çindən olan mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Elpress.az xəbər verir ki, oktyabrın 28-də keçirilən tədbir Bakı Xoreoqrafiya […]