--:--:-- | 30 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda və Abşeronda elektrik kəsiləcək: Ünvanlar açıqlanıb

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 23:29 1016 baxış

Oktyabrın 30-da Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeronun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Elpress.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, fasilələr elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədardır.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələrində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilməsi məhdudlaşdırılacaq.

Səbail rayonunun Bayıl qəsəbəsində, Gülbala Əliyev küçəsində isə saat 10:00-dan 14:00-dək elektrik olmayacaq.

Abşeron rayonunda yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstansiyada aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək “Pirəkəşkül”, “Çaylı” və “Cəngi” yarımstansiyalarının xidmət ərazilərində elektrik təchizatında fasilə yaranacaq.

Bununla yanaşı, Pirəkəşkül yarımstansiyasından qidalanan bəzi 6 kV-luq hava xətləri, həmçinin Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq elektrik enerjisiz qalacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Putin: Rusiya ilə Avropa arasında müharibənin qalibi olmayacaq

Next Article

Bakıda yük avtomobili qəza törətdi: Hərəkət məhdudlaşdırıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzərdə nöqsanlara görə vəzifəli şəxslərə intizam tədbirləri görülüb

Aysel Əlibəyli 12 Oktyabr 2026 · 11:38 1084 baxış Xəzər rayonunda abadlıq, yaşıllaşdırma və payız-qış mövsümünə hazırlıq işlərinə nəzarətlə bağlı müşavirə keçirilib. Aşkar olunan çatışmazlıqlara görə bəzi qəsəbələrin inzibati ərazi dairələri üzrə nümayəndələrinə intizam tədbirləri […]

Azərbaycanda 3 illik bakalavriata keçid hələ mümkün deyil

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:39 1094 baxış Parlament rəsmisi: 3 illik bakalavr sistemi üçün 12 illik orta təhsilə keçid lazımdır Elpress.az xəbər verir ki, Azərbaycanda mövcud təhsil sistemi çərçivəsində bakalavriat pilləsinin üç ilə […]