Milli Məclisin sədri parlament nümayəndə heyətinə rəhbərlik edir
Elpress.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib.Səfər çərçivəsində nümayəndə heyətinin Nyu-York şəhərinə gəldiyi bildirilib. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər nümayəndə heyətini Nyu-York beynəlxalq hava limanında qarşılayıblar.Səfərin proqramı və keçiriləcək görüşlərlə bağlı əlavə məlumat açıqlanmayıb.


