--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Rumıniyadan Rusiyaya sərt addım: Baş konsulluq bağlanır

Aysel Əlibəyli 29 May 2026 · 17:42 1210 baxış

Rumıniya hökuməti Rusiyanın Konstansa şəhərində fəaliyyət göstərən Baş Konsulluğunu bağlamaq və baş konsulu “persona non grata” elan etmək qərarı verib.

ELPRESS.az Azərtac-a istinadən verdiyi məlumata görə, bu barədə Rumıniya Prezidenti Nicușor Dan Ali Milli Müdafiə Şurasının iclasında açıqlama verib.Qərarın qəbuluna səbəb mayın 29-na keçən gecə Qalats şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının çırpılması olub.Rumıniya rəsmilərinin bildirdiyinə əsasən, hadisə nəticəsində partlayış və yanğın qeydə alınıb. Hadisə zamanı bir qadın və onun körpəsi yüngül xəsarət alaraq xəstəxanaya aparılıb. Təhlükəsizlik məqsədilə binada yaşayan təxminən 70 nəfər sakin ərazidən çıxarılıb.Rumıniyanın xarici işlər naziri Oana Țoiu sosial media hesabında paylaşdığı açıqlamada Rusiyanın Rumıniyadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını qeyd edib.Kremlin sözçüsü Dmitry Peskov isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zakharova isə TASS-a açıqlamasında Moskvanın Buxarestin qərarına qısa müddətdə cavab verəcəyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan millisi böyük turnirdə meydana çıxır

Next Article

Qeyri-sabit hava ilə bağlı yeni xəbərdarlıq yayıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Aysel Əlibəyli 04 İyul 2026 · 15:30 1132 baxış Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm institusional dəyişiklik həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli […]

Azərbaycan XİN Pakistana başsağlığı verib

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:27 1066 baxış Azərbaycan XİN Pakistan xəstəxanasında 15 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı başsağlığı mesajı yayıb Elpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Tibbi Elmlər İnstitutunun […]

Anar Əsədlinin apellyasiya şikayəti təmin edilməyib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:28 1046 baxış Bakı Apellyasiya Məhkəməsi Anar Əsədliyə verilən 4 il 6 aylıq cəzanı qüvvədə saxlayıb Elpress.az xəbər verir ki, Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində çıxarılmış […]