--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Görüş başa çatdı: Ceyhun Bayramov ATƏT sədri ilə mühüm məsələləri müzakirə edib-YENİLƏNİB

Aysel Əlibəyli 04 Avqust 2026 · 13:02 1100 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis arasında geniş tərkibdə görüş keçirilib.

Elpress.az xəbər verir ki, görüşdə Azərbaycan–İsveçrə ikitərəfli münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq, təşkilatın fəaliyyət prioritetləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.Tərəflər Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji sahəsində tərəfdaşlıq və SOCAR-ın İsveçrədəki fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov ATƏT-in regional təhlükəsizliyin təmin olunmasında rolunun gücləndirilməsinin vacibliyini qeyd edib, Azərbaycanın təşkilatla qarşılıqlı maraq doğuran istiqamətlər üzrə praktiki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Görüşdə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi, sülh gündəliyinin hazırkı vəziyyəti, Azərbaycanın mina problemi, eləcə də Ukrayna, Yaxın Şərq və digər beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Next Article

Ronaldo və Corcina evlənir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan və Türkmənistan arasında konsulluq görüşü keçirilib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 17:03 1086 baxış İki ölkə vətəndaşlarının hüquqlarının qorunması və viza rejiminin sadələşdirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında […]

Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:00 1074 baxış Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yaxın zamanda görüşü gözlənilir Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Ermənistanın xarici işlər naziri […]