--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Qırğız ekspert ŞƏT-in Bişkek toplantısını yüksək qiymətləndirib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:08 1064 baxış

Tolobek Beyşenbekov geosiyasi dəyişikliklər fonunda sammitdə aparılacaq müzakirələrin əhəmiyyətini vurğulayıb

Elpress.az xəbər verir ki, Geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Bişkekdə keçirilməsi mühüm hadisə kimi qiymətləndirilir.Bu fikirləri APA-ya açıqlamasında Qırğızıstanın “Insap Elim” ictimai fondunun direktoru Tolobek Beyşenbekov bildirib.Onun sözlərinə görə, Bişkekdə 16 ölkənin liderlərinin bir araya gəlməsi təşkilat çərçivəsində aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ekspert dəyişən beynəlxalq münasibətlər fonunda dövlətlərin gələcək rolunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.Tolobek Beyşenbekov həmçinin sülhün möhkəmləndirilməsi üçün ölkələrin mövqelərini ortaya qoymasının, birgə təşəbbüslər irəli sürməsinin və qarşılıqlı əməkdaşlığı gücləndirməsinin vacib olduğunu vurğulayıb.Ekspert Qırğızıstanın da ŞƏT çərçivəsində öz mövqeyini və rolunu daha da gücləndirməsinin ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mask Ukraynaya “Starlink” icazəsi verə bilər

Next Article

Əli Əsədov Şimali Kiprə başsağlığı verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQEM Azərbaycanın təşkilata töhfəsini yüksək qiymətləndirdi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:41 1116 baxış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəhbərliyi Azərbaycanın təşkilatın inkişafında oynadığı rolu və diplomatik fəaliyyətini xüsusi qeyd edib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata […]

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşıladı

Aysel Əlibəyli 04 Avqust 2026 · 12:44 1086 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisi qəbul edib. Elpress.az xəbər verir ki, […]