--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Prezidentin Almaniya səfərinin əhəmiyyəti açıqlanıb

Aysel Əlibəyli 25 İyul 2026 · 14:34 1064 baxış

Media eksperti Müşfiq Ələsgərli Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib.

Elpress.az xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin geosiyasi baxımdan mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində imzalanan “İkitərəfli tərəfdaşlığın Strateji Gündəliyinə dair Birgə Bəyannamə” və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə razılaşma iki ölkə arasında əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Ekspert qeyd edib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, eləcə də Orta Dəhliz üzərindən nəqliyyat-logistika imkanları Almaniyanın Azərbaycanla strateji əməkdaşlığa marağını artırır. O, həmçinin Almaniya Kansleri Fridrix Mertslə keçirilən görüşün siyasi baxımdan mühüm əhəmiyyət daşıdığını və Almaniyanın Cənubi Qafqazda sülh prosesinə dəstəyini bir daha ifadə etdiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabah ölkədə 41 dərəcə isti olacaq

Next Article

Hökməlidə avtoyuma məntəqəsində yanğın söndürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 1084 baxış Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf […]

Azərbaycan və Pakistan hərbçiləri əməkdaşlığı müzakirə edib

Aysel Əlibəyli 25 Avqust 2026 · 16:24 1056 baxış Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər verir ki, Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev ölkəmizdə səfərdə […]