--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

MEDİA Agentliyi ləğv edildi, yeni Şura yaradıldı

Aysel Əlibəyli 07 Avqust 2026 · 13:12 1076 baxış

Azərbaycan Respublikasında Media və Yayım Şurasının strukturu təsdiq edilib.

Elpress.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 7-də Fərman imzalayıb.Fərmana əsasən, Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisi elan olunub. Audiovizual Şuranın bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni yaradılan quruma verilib.

Sənədə əsasən, Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahidi müəyyən edilib.Bununla yanaşı, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs ləğv olunub. Agentliyin hüquq və öhdəlikləri, həmçinin əmlakı Media və Yayım Şurasına ötürülüb.

Fərmanda Nazirlər Kabinetinə bir ay müddətində Audiovizual Şuranın və MEDİA Agentliyinin balansında olan dövlət əmlakının yeni qurumun balansına verilməsi, cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Şuranın fəaliyyətinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi və əməkdaşların yeni qurumda komplektləşdirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yeni agentliyin mətbuat katibi təyin olundu

Next Article

Tarqovuda güclü yanğın: Vətəndaşlar təxliyə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:15 1050 baxış Şərqi Zəngəzurda dayanıqlı şəhər inkişafı üzrə layihəyə dair saziş qüvvəyə minəcək Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı […]

Azərbaycan–Aİ Prioritetləri Razılaşdırıldı

Aysel Əlibəyli 03 İyun 2026 · 18:21 1180 baxış Bakıda 2-3 iyun tarixlərində Azərbaycan və Avropa İttifaqı nümayəndələri yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illər üçün nəzərdə tutulan Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparıblar. Elpress.az-ın […]

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Aysel Əlibəyli 29 İyun 2026 · 13:28 1116 baxış Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. Elpress.az xəbər verir ki, XİN-in yaydığı şərhdə qeyd olunub ki, […]