--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Psixiatriya müayinəsinə yeni əsas: prokuror və DİN qərarı nəzərə alınacaq

Aysel Əlibəyli 17 İyun 2026 · 13:30 1264 baxış

Psixiatriya yardımı ilə bağlı qanunvericilik yenilənir: hüquqi boşluqlar aradan qaldırılacaq

Psixi pozuntusu olan şəxslərin məcburi psixiatriya müayinəsi ilə bağlı yeni qaydalar təklif edilir“Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik layihəsi psixiatriya yardımı sahəsində mövcud hüquqi boşluqların aradan qaldırılması, tibbi müdaxilələrin hüquqi əsaslarının dəqiqləşdirilməsi və bu sahədə qaydaların daha da təkmilləşdirilməsi məqsədi daşıyır.Milli Məclisin Səhiyyə komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, təklif olunan dəyişikliklər psixi pozuntusu olan şəxslərin və ətrafındakı insanların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.Yeni dəyişikliklərə əsasən, psixiatriya yardımının gecikdirilməsi şəxsin özünün və ya digər insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcəyi hallarda, həmin şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinə aparılması mümkün olacaq.Bu zaman prokurorun və Daxili İşlər Nazirliyinin inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarı psixiatriya müayinəsinin həyata keçirilməsi üçün əsaslardan biri kimi müəyyən ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının küçəsində qadınla kişi arasında dava

Next Article

“Real Madrid”dən bomba transfer: Bernardo Silva komandaya qoşuldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rəşad Aslanov Dövlət Bağçalı ilə görüşüb

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 21:50 1076 baxış Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüş keçirib. Elpress.az xəbər verir ki, MHP-nin rəsmi “X” hesabında görüşlə bağlı […]

Qırğız ekspert ŞƏT-in Bişkek toplantısını yüksək qiymətləndirib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:08 1072 baxış Tolobek Beyşenbekov geosiyasi dəyişikliklər fonunda sammitdə aparılacaq müzakirələrin əhəmiyyətini vurğulayıb Elpress.az xəbər verir ki, Geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Bişkekdə […]