--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

HHM bölmələrinin yeni hərbi obyektləri istifadəyə verilib

Aysel Əlibəyli 05 Avqust 2026 · 11:08 1062 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.Rəhbər heyətə bildirilib ki, respublikanın müxtəlif bölgələrində istifadəyə verilmiş 20-yə yaxın yeni hərbi infrastruktur obyektində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün bütün zəruri şərait yaradılıb. Obyektlər yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana, su təchizatı kompleksi, generatorlar, həmçinin müasir rabitə və yanğın təhlükəsizliyi sistemləri ilə təchiz olunub.

Baxış zamanı General-polkovnik Zakir Həsənov hava məkanının etibarlı mühafizəsinin təmin olunması, HHM bölmələrinin döyüş hazırlığının artırılması, eləcə də arsenalda olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi və səmərəli tətbiqi ilə bağlı Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanda yararsız yol sərnişinlərə çətin anlar yaşadır

Next Article

Bakı Arbitraj Mərkəzi ilə PAŞA Holding arasında əməkdaşlıq memorandumu imzalanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Aysel Əlibəyli 08 İyul 2026 · 15:04 1082 baxış Dövlət Miqrasiya Xidməti 2026-cı ilin ilk altı ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edib. Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, […]

Xarici diplomatlar Xankəndidə “AzCotton” fabrikində olublar

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 16:05 1030 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin Qarabağa səfəri davam edir. Səfər proqramına uyğun olaraq xarici diplomatlar Xankəndidə yerləşən “AzCotton” MMC-nin tikiş fabrikinə […]

Kənan Seyidovun birinci müavini təyin olundu

Aysel Əlibəyli 08 İyul 2026 · 15:20 1088 baxış Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı Kənan Seyidovun birinci müavini vəzifəsinə təyin edilib. Elpress.az xeber verir ki, Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Vətən Müharibəsi […]