--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 15:51 1112 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

Elpress.az xəbər verir ki, görüş zamanı səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.Prezident İlham Əliyev səfirlə söhbətində Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirib.Dövlət başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin investisiya, ticarət və biznes sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.Luis Morsinq isə qəbul üçün dövlət başçısına təşəkkürünü bildirib və Azərbaycanla İsveç arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylə çalışacağını vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakı–Quba yolunda ağır qəza: ölən var

Next Article

İlham Əliyev BƏƏ Baş nazirinə başsağlığı verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiya: Ermənistanla dəmir yolu üzrə əməkdaşlıq davam edir

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 15:08 1076 baxış Moskva Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı öhdəliklərini yerinə yetirdiyini açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya Ermənistanla Cənubi Qafqaz Dəmir Yolu sahəsində əməkdaşlığı əvvəlki qaydada davam […]

Rəşad Aslanov Dövlət Bağçalı ilə görüşüb

Aysel Əlibəyli 23 Oktyabr 2026 · 21:50 1038 baxış Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüş keçirib. Elpress.az xəbər verir ki, MHP-nin rəsmi “X” hesabında görüşlə bağlı […]

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni və sülhü qazandı

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:49 1094 baxış Hikmət Hacıyev Vaşinqton Sülh Sammitinin birinci ildönümü ilə bağlı paylaşım edib Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin […]

Əraqçi: Bu məqsədlərə hərbi yolla nail olmaq mümkün deyil

Aysel Əlibəyli 03 İyun 2026 · 21:31 1198 baxış İranın xarici işlər naziri ABŞ-nin regiondakı fəaliyyəti və son hadisələrlə bağlı Tehranın mövqeyini açıqlayıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Seyid Abbas Əraqçi ABŞ dövlət katibi […]