--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakı–Quba yolunda ağır qəza: ölən var

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 13:22 1014 baxış

“Scania” ayırıcı səddə çırpılaraq qarşı zolağa keçib və “Ravon”un üzərinə aşıb

Elpress.az xəbər verir ki, Bakı–Quba avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Qəza yolun 13,5-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.Hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub və qəzanın səbəbləri araşdırılır.Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də hadisə yerində iş aparıb. Minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza nəticəsində ümumilikdə iki nəfərin xəsarət aldığı bildirilib.Həmçinin toqquşma nəticəsində yola və əraziyə dağılan yanacaq yanğınsöndürənlər tərəfindən yuyulub və təhlükəsizlik tədbirləri görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Masazırda ağır qəza: TIR minik avtomobilinin üzərinə aşdı – ölən var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda və bölgələrdə ağaclar qanunsuz kəsildi

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 19:05 1040 baxış Elpress.az xəbər verir ki, son bir həftə ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz […]

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 17:44 1046 baxış Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında dəyişiklik müşahidə olunması ilə bağlı yayılan məlumatlar araşdırılır. Elpress.az xəbər verir ki, sosial […]

Filippində məktəbdə atışma: 6 nəfər ölüb

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:30 1048 baxış Silahlı insident nəticəsində 17 nəfər də yaralanıb Elpress.az xəbər verir ki, Filippinin Cənubi Kotabato vilayətinin Banqa bölgəsində yerləşən məktəbdə silahlı insident baş verib.Yerli media hadisə nəticəsində […]