--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev İran Prezidentini ad günü münasibətilə təbrik edib

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 15:15 1106 baxış

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana telefonla zəng edib.


Dövlət başçısı iranlı həmkarını doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və xoş arzulara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı iki ölkə liderləri Bişkekdə baş tutan son görüşlərini xatırlayıb, həmin görüş zamanı müzakirə edilən məsələlər barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Azərbaycan hökumətinin nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu da qeyd edilib. Bildirilib ki, səfər çərçivəsində Azərbaycan-İran münasibətlərinin gündəliyində duran məsələlər ətrafında müzakirələr aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Naxçıvanda bərpaolunan enerjidən elektrik istehsalı 44,6 faiz artıb

Next Article

TƏBİB və ABŞ şirkəti arasında süni intellekt üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Aysel Əlibəyli 10 İyun 2026 · 12:17 1146 baxış ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) neft qiymətləri ilə bağlı yenilənmiş proqnozunu təqdim edib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun qiymətləndirməsinə əsasən, 2026-cı ildə “Brent” markalı […]

Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə görüş keçirib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:46 1120 baxış Ceyhun Bayramov İstanbulda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin […]