--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İƏT Əmək Mərkəzi ilə Seneqal arasında memorandum imzalanıb

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 12:47 1086 baxış

Azərbaycan və Seneqal əmək təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığı genişləndirir

Elpress.az xəbər verir ki, Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin dəvəti ilə Azərbaycana işgüzar səfər edib.Səfərin əsas məqsədi iki ölkənin müvafiq qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.Səfər çərçivəsində İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov ilə Seneqalın aidiyyəti nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüş zamanı əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində birgə fəaliyyətin genişləndirilməsi, həmçinin 2027-ci ildə Dakar şəhərində təşkil olunacaq Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresinə hazırlıq məsələləri müzakirə edilib.Görüşün sonunda tərəflər arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd İƏT Əmək Mərkəzinin 26–30 aprel 2027-ci il tarixlərində Dakarda keçiriləcək Dünya Konqresində Strateji Tərəfdaş kimi iştirakını və əmək təhlükəsizliyi sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.Əməkdaşlıq çərçivəsində rəqəmsallaşma və süni intellektin iş yerlərində təhlükəsizlik və sağlamlığa təsiri, elmi araşdırmalar, texniki əməkdaşlıq və praktiki həllərin hazırlanması əsas diqqət istiqamətləri olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

Next Article

Azərbaycanın çimərlik polosu komandası turnirə hazırlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan-Türk dünyası əlaqələri yeni mərhələdə

Aysel Əlibəyli 30 İyul 2026 · 17:04 1082 baxış Azərbaycanın Türk dövlətləri ilə münasibətləri müttəfiqlik səviyyəsində inkişaf edir Elpress.az xəbər verir ki, Azərbaycanın Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə yeni inkişaf […]

Media və Yayım Şurası Azərbaycanla bağlı iddialara münasibət bildirib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:38 1072 baxış Almaniyanın keçmiş kəşfiyyat rəhbəri August Hanninglə bağlı araşdırma çərçivəsində Azərbaycanın adının hallandırılması rəsmi Bakıda narazılıq doğurub. Azərbaycan Media və Yayım Şurası yayılan məlumatları əsassız və dezinformasiya […]

İran parlamentinin sədri Azərbaycana gəldi

Aysel Əlibəyli 24 İyun 2026 · 08:57 1130 baxış Elpress.az xəbər verir ki, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Mohammad Bagher Ghalibaf işgüzar səfərlə Azərbaycana gəlib. Məlumata görə, səfər çərçivəsində o, Bakıda keçiriləcək 20th […]

Mustafayev–Overçuk görüşünün vaxtı açıqlanıb

Aysel Əlibəyli 17 İyul 2026 · 16:15 1082 baxış Ceyhun Bayramov: Şahin Mustafayevlə Aleksey Overçukun növbəti görüşü sentyabrda keçiriləcək Elpress.az xəbər verir ki , Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiyanın Baş nazirinin müavini […]