--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyub

Aysel Əlibəyli 24 Avqust 2026 · 12:35 1058 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir.

Elpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva “Report”a açıqlamasında deyib.Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında siyasi müttəfiqlik artıq konkret iqtisadi layihələrlə müşayiət olunur. O bildirib ki, Azərbaycan şirkətlərinin Özbəkistanda bankçılıq, tikinti, şəhərsalma, enerji, sənaye, kənd təsərrüfatı, təhsil və turizm kimi sahələrdə həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır.Pərvanə Vəliyeva Azərbaycan-Özbəkistan əməkdaşlığının regional proseslərlə də sıx bağlı olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm tərəfdaş kimi Orta Dəhliz, ticarət, logistika və enerji əlaqələrinin inkişafında bir-birini tamamlayır.Deputat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq təhsil, elm və humanitar sahələrdə də genişlənir. Bu baxımdan Özbəkistanda STEAM məktəblərinin yaradılmasını mühüm addım kimi qiymətləndirib.O bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə əlaqələrini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı, Orta Dəhliz, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində inkişaf etdirir.

Pərvanə Vəliyevanın sözlərinə görə, “C5-dən C6-ya keçid” Azərbaycanın regiondakı rolunun yeni mərhələyə daxil olduğunu göstərən mühüm amillərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həzi Aslanov metrosu yaxınlığında yanğın

Next Article

DİN-dən əməliyyat: 116 kiloqram narkotik ələ keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bayramov: Mürəkkəb mərhələ geridə qaldı

Aysel Əlibəyli 17 İyul 2026 · 15:57 1054 baxış Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri tam şəkildə normallaşdırmağa nail olub Elpress.az xəbər verir ki , Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan […]

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1146 baxış Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı […]