--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Yasamalda “xeyriyyə” adı ilə dələduzluq edən qadın saxlanılıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 10:51 1014 baxış

Bakının Yasamal rayonunda xeyriyyəçilik adı altında vətəndaşdan pul və qızıl-zinət əşyaları aldığı bildirilən qadın saxlanılıb.

Elpress.az xəbər verir ki, araşdırma zamanı hadisənin izinə polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində düşmək mümkün olub.Məlumata görə, hadisədə şübhəli bilinən 70 yaşlı N.Məhərrəmova müəyyən edilərək saxlanılıb. Onun daha əvvəl də dələduzluq əməllərinə görə bir neçə dəfə məhkum olunduğu bildirilib.İlkin araşdırmalara əsasən, N.Məhərrəmova zərərçəkmiş şəxslə əlaqə yaradaraq özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edib. Daha sonra maddi yardım göstəriləcəyini vəd edərək həmin şəxsin evinə daxil olub.İddialara görə, bu yolla zərərçəkmiş şəxsdən 2 250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları götürülüb. Araşdırma zamanı həmin qızıl-zinət əşyalarının sonradan satıldığı da üzə çıxıb.

Hazırda fakt üzrə araşdırma aparılır və hadisənin digər təfərrüatları müəyyənləşdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polisin təlim prosesini izləyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda küçədən 42 yaşlı kişinin meyiti tapılıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:31 1036 baxış Zabratda aşkarlanan şəxsin ölüm səbəbi araşdırılır Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 42 yaşlı kişinin meyiti aşkarlanıb.Ramil Firdovsi oğlu Salmanovun meyiti qəsəbə ərazisindəki […]

Şəmkirdə 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü

Aysel Əlibəyli 12 İyul 2026 · 20:56 1056 baxış Şəmkir rayonunda baş verən bədbəxt hadisə 38 yaşlı qadının həyatına son qoyub. Elpress.az xəbər verir ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Məlumata […]