--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bayramov: Mürəkkəb mərhələ geridə qaldı

Aysel Əlibəyli 17 İyul 2026 · 15:57 1076 baxış

Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri tam şəkildə normallaşdırmağa nail olub

Elpress.az xəbər verir ki , Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Rusiya arasında bir müddət əvvəl yaranmış çətinliklər artıq geridə qalıb və ikitərəfli münasibətlər tam şəkildə normallaşıb.Nazir bu fikirləri Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərdə yaşanan mürəkkəb dövr bugünkü danışıqlar zamanı da müzakirə olunub.Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan və Rusiya həmin çətin mərhələni arxada qoyaraq əməkdaşlığın bütün istiqamətləri üzrə münasibətləri tam normallaşdırmağa nail olublar. O qeyd edib ki, bu nəticənin əldə olunmasında hər iki ölkənin rəhbərlərinin şəxsi siyasi iradəsi və səyləri mühüm rol oynayıb.Nazir əlavə edib ki, Azərbaycan və Rusiya uzun illərə söykənən tarixi, mədəni və humanitar əlaqələrə malik qonşu dövlətlərdir. Onun sözlərinə görə, xalqlar arasında formalaşmış sıx münasibətlər dövlətlərarası əməkdaşlığın möhkəm təməlini təşkil edir və gələcək əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva Ermənistan mənşəli çiçəklərin reeksportunu araşdırır

Next Article

Sürücülər üçün vacib qayda: Sağdan ötmək nə zaman mümkündür?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşüb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 10:59 1054 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçirilib. Elpress.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri […]

Elnur Məmmədov: Ermənistanda TRIPP üzrə mühəndislik işləri başlayıb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:13 1094 baxış Nazir müavini: Zəngəzur dəhlizinin inkişafında mühüm irəliləyiş əldə olunub Elpress.az xəbər verir ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Ermənistan ərazisindən keçəcək […]

Əsədov Moskva ilə əlaqəni möhkəmləndirdi

Aysel Əlibəyli 26 May 2026 · 19:11 1194 baxış Azərbaycan Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefon söhbəti keçirib. Elpress.az Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, iki ölkənin hökumət başçıları Azərbaycan-Rusiya əməkdaşlığının […]