Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi gözlənilir.
Elpress.az xəbər verir ki, iclas Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. Məhkəmə prosesinə hakim Murad Aslanov sədrlik edəcək.İstintaq materiallarına əsasən, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmaqda ittiham olunur.
Qeyd edək ki, hazırlıq iclasında iş üzrə məhkəmə baxışının təşkili ilə bağlı məsələlərə baxılması gözlənilir.


