Hava limanı yaxınlığında partlayış səsləri eşidilib, bir dron vurulub
Elpress.az xəbər verir ki, İraqın Kürdüstan Regional Administrasiyasının paytaxtı Ərbildə hava limanı ərazisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.Ərbil hava limanı yaxınlığında bir neçə partlayış səsi eşidilib. Hadisədən sonra ərazidə tüstü buludlarının yarandığı bildirilib.Təhlükəsizlik mənbələrinin məlumatına görə, hava limanının yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemləri dronlardan birini vurub.Digər məlumatlarda isə pilotsuz uçuş aparatının məhz Ərbil hava limanının ətrafını hədəf aldığı qeyd olunub. Hadisənin nəticələri barədə əlavə məlumat verilməyib.


