Tərəflər iqtisadi və ticarət məsələlərini müzakirə edir
Elpress.az xəbər verir ki, Nyu-Yorkda Çin və ABŞ arasında iqtisadi və ticarət məsələləri üzrə yüksəksəviyyəli danışıqların növbəti raunduna start verilib.Görüşlərdə Çin nümayəndə heyətinə Baş nazirin müavini He Lifen, ABŞ tərəfinə isə maliyyə naziri Skott Bessent rəhbərlik edir.Danışıqlardan əvvəl ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqton öhdəliklərin icrasına nəzarət etmək, həssas olmayan məhsulların ticarətini optimallaşdırmaq və amerikalı fermerlərin, istehsalçıların və işçilərin bazarlara çıxış imkanlarını genişləndirmək istiqamətində Çinlə balanslı ticarət siyasətini davam etdirəcək.Çinin Kommersiya Nazirliyi isə görüşlərdə qarşılıqlı maraq doğuran iqtisadi və ticarət məsələlərinin müzakirə ediləcəyini açıqlayıb.Nyu-York görüşləri Çin Prezidenti Si Cinpinin ABŞ-yə gözlənilən səfəri ərəfəsində keçirilir.Donald Trampın 2025-ci ilin yanvarında prezident vəzifəsinə başlamasından sonra Çin və ABŞ arasında ticarət və gömrük rüsumları ilə bağlı mübahisələrə dair Cenevrə, London, Stokholm, Madrid, Kuala Lumpur və Parisdə bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Tərəflər bu danışıqlar, eləcə də 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən liderlər görüşü nəticəsində ticarət mübahisələrinə birillik fasilə verilməsi barədə razılığa gəliblər. Mövcud razılaşmanın müddəti noyabrın 10-da başa çatır.


