--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bişkekdə ŞƏT sammiti üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:23 1046 baxış

Qırğızıstan paytaxtında 15 minə yaxın təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimdə xidmət aparır

Elpress.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədar Qırğızıstanın paytaxtı Bişkekdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.“МИР 24”ün məlumatına görə, 21 ölkədən nümayəndə heyətlərinin qatıldığı tədbir çərçivəsində Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların təxminən 15 min əməkdaşı gücləndirilmiş iş rejiminə keçirilib.Paytaxtın əsas küçələrində, otellərin və sammitin keçiriləcəyi məkanların ətrafında mühafizə postları yaradılıb. Təhlükəsizlik qüvvələri 12 saatlıq növbə sistemi ilə gecə-gündüz xidmət aparır.Sammitin təhlükəsizliyinin təmin edilməsinə müxtəlif dövlət qurumlarının əməkdaşları da cəlb olunub. Otellərin yaxınlığında texniki nasazlıqların operativ aradan qaldırılması üçün elektrik şəbəkəsi mütəxəssisləri də növbə çəkir.Tədbir müddətində Bişkekdə bəzi məkanların fəaliyyətinə məhdudiyyətlər tətbiq olunub. Şəhərdəki ticarət mərkəzlərindən biri ziyarətçilərin girişinə bağlanaraq jurnalistlərin istifadəsinə verilib.Bundan əlavə, Qırğızıstan Dünya Köçəri Oyunlarının açılışına da hazırlaşır. Tədbirlərlə əlaqədar ölkəyə təxminən 100 min iştirakçı və qonağın gələcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanlı jurnalistlər İsrail telekanalında olublar

Next Article

Tramp: İran rəhbərliyi mühakimə olunmalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Media və Yayım Şurası Azərbaycanla bağlı iddialara münasibət bildirib

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 13:38 1058 baxış Almaniyanın keçmiş kəşfiyyat rəhbəri August Hanninglə bağlı araşdırma çərçivəsində Azərbaycanın adının hallandırılması rəsmi Bakıda narazılıq doğurub. Azərbaycan Media və Yayım Şurası yayılan məlumatları əsassız və dezinformasiya […]

İlham Əliyev Berlində rəsmi qarşılandı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:17 1068 baxış Prezident İlham Əliyevin Almaniyada rəsmi qarşılanma mərasimi keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində rəsmi qarşılanma mərasimi keçirilib.Almaniya Federativ Respublikasının […]

İran səfiri: Azərbaycanla münasibətlərin inkişafı vacibdir

Aysel Əlibəyli 13 Oktyabr 2026 · 20:57 1004 baxış İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin və münasibətlərə mənfi təsir göstərə biləcək halların qarşısının alınmasının vacibliyini vurğulayıb. Elpress.az xəbər verir ki, diplomat […]

Daşkənd Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib

Aysel Əlibəyli 23 Avqust 2026 · 11:22 1072 baxış Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri öncəsi Daşkənddə hazırlıq işləri görülüb. Elpress.az xəbər verir ki, şəhərin əsas küçələri və mərkəzi əraziləri Azərbaycan və Özbəkistanın dövlət […]