--:--:-- | 16 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Tramp: İran rəhbərliyi mühakimə olunmalıdır

Aysel Əlibəyli 31 Avqust 2026 · 17:28 1056 baxış

ABŞ Prezidenti İran rəhbərliyini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edib

Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın vəziyyəti və ölkə rəhbərliyi ilə bağlı sərt açıqlamalar verib.Tramp “Truth Social” hesabında İranı uğursuz dövlət kimi xarakterizə edərək ölkənin hərbi və iqtisadi vəziyyətinin ağır olduğunu bildirib. O, İranın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin, eləcə də normal fəaliyyət göstərən valyutasının olmadığını iddia edib.

ABŞ Prezidenti həmçinin İran rəhbərliyinin ölkəni normal şəkildə idarə və təmsil etmək iqtidarında olmadığını qeyd edib. Tramp İranda hakimiyyət əleyhinə etirazlar zamanı 100 mindən çox insanın öldürüldüyünü iddia edərək bu rəqəmin məsuliyyətinin İran rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Tramp İran rəhbərliyinin bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olunmasının vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bişkekdə ŞƏT sammiti üçün təhlükəsizlik tədbirləri gücləndirilib

Next Article

Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Qolani” briqadası Livanın cənubundan çıxarılıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:16 1062 baxış İsrail ordusu bölgədəki əməliyyatlar zamanı 900-dən çox obyektin məhv edildiyini bildirib Elpress.az xəbər verir ki, İsrail ordusu 36-cı diviziyanın tərkibində fəaliyyət göstərən “Qolani” briqadasının hərbçilərinin Livanın […]

ABŞ və İran Dohada dolayı danışıqlar keçirəcək

Aysel Əlibəyli 01 İyul 2026 · 12:49 1116 baxış Vaşinqton və Tehran arasında yeni təmas: Qətərdə texniki müzakirələr başlayır Elpress.az-ın məlumatına əsasən, ABŞ və İran rəsmiləri arasında yeni diplomatik təmaslar keçiriləcək. Tərəflər Qətərin paytaxtı Dohada […]

COP31 üçün Antalyada 1,5 milyon kvadratmetrlik ərazi hazırlanıb

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:03 1048 baxış COP31 məkanında “Mavi Zona” və “Yaşıl Zona” eyni ərazidə yerləşəcək Elpress.az xəbər verir ki, COP31-in keçiriləcəyi Türkiyənin Antalya şəhərində tədbir üçün genişmiqyaslı hazırlıq işləri aparılıb. Konfransın […]