--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Şimali Kipr səhiyyədə yeni əməkdaşlığa hazırlaşır

Aysel Əlibəyli 03 İyul 2026 · 19:25 1142 baxış

Elpress.az xəbər verir ki, Səhiyyə Nazirliyində Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.

O, səhiyyə sahəsində təcrübə mübadiləsinin, tibb təhsili, səhiyyənin idarə olunması, rəqəmsal həllərin tətbiqi və tibbi xidmətlərin təşkili üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğulayıb.

Nazir, həmçinin Azərbaycanda son illər həyata keçirilən səhiyyə islahatları, tibbi infrastrukturun yenilənməsi, rəqəmsallaşdırma prosesi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə qonaqlara məlumat verib.

Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Hakan Dinçyürek göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini bildirib. Onun sözlərinə görə, tibb təhsili, mütəxəssis hazırlığı, rəqəmsal səhiyyə, tibbi xidmətlərin təşkili və sağlamlıq turizmi istiqamətlərində təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər.

Görüş zamanı səhiyyə və tibb elmi sahəsində birgə fəaliyyətin genişləndirilməsi, tibb işçilərinin qarşılıqlı təlim proqramlarında iştirakı, elmi-tədqiqat əməkdaşlığı, sağlamlıq turizmi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qəzada həyatını itirən Amal Məlikovun ailəsindən Arzumla bağlı sərt açıqlama

Next Article

Zaqatalada ağır qəza: 4 nəfər yaralandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məzahir Əfəndiyevin yol cərimələri ilə bağlı 9 işə xitam verilib

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 08:36 1094 baxış Milli Məclisin deputatı Məzahir Əfəndiyevin yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cərimələri ilə bağlı məhkəməyə göndərilən doqquz inzibati işə xitam verilib. Elpress.az xəbər verir ki, Yasamal […]

Prezidentin İnvestisiya Forumunda iştirakından video yayımlanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:27 1082 baxış İlham Əliyevin forumdakı iştirakına dair görüntülər paylaşılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakını əks etdirən videoçarx sosial media hesablarında […]